BİZNES

07 Aprel

"Dogecoin" son 24 saatda 9.8% dəyər itirib

İlon Musk "Twitter" veb platformasında klassik mavi sərçə loqotipini "Dogecoin" loqosu ilə əvəz etdikdən sonra bazar ertəsi kripto pullarda 30 %-dən çox artım olub.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki,  "Dogecoin" son 24 saatda 9.8% dəyər itirərək 0.082 dollara düşüb.

"Bitkoin" isə son 24 saat ərzində 0,2% ucuzlaşaraq 27 894 dollara satılıb. Ethereum 1% ucuzlaşaraq 1856 dollara, Binance Coin isə 0,5% ucuzlaşaraq 310 dollara çatıb.

Zəminə Hüseyn
Fins.az