BİZNES

07 Aprel

Azərbaycan - Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir -FOTO

Hazırda Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilir. 

Fins.az-ın məlumatına görə, iclasda iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçiriləcək, energetika, ticarət-iqtisadi, nəqliyyat və loqistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılır.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarindir. 

Fuad Mədətov
Fins.az