BİZNES

05 Aprel

Riteyl Bankirlər Məktəbinin məzunları AccessBank-da işə başladılar

AccessBank-ın Riteyl Bankirlər Məktəbi (“Retail Bankers School”) layihəsinin məzunları Bankın əməkdaşları qismində fəaliyyətə başlayıblar.

Fins.az xəbər verir ki, biri Sumqayıt filialında olmaqla, ümumilikdə 11 nəfər artıq Bankın rəsmi əməkdaşıdır.

Səma Əbdülhəsənova: Riteyl Bankirlər Məktəbi layihəsi haqqında Bankın rəsmi saytından oxudum və özümü sınamaq qərarına gəldim. Çox xoşbəxtəm ki, vaxtında doğru qərar verdim. Layihə qısa bir müddətdə bizə bankçılıq haqqında ətraflı biliklər verdi. Hazırda Xaqani filialında Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işləyirəm. Təşəkkürlər, AccessBank!

Taleh Muradov: Riteyl Bankirlər Məktəbi layihəsində 2 aylıq təcrübə müddətini uğurla başa vuraraq, Bankın Babək filialında Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işə başladım. Universiteti yeni bitirən və iş təcrübəsi olmayanlara tövsiyə edərdim ki, bu proqrama qatılıb, özlərini ən yaxşı tərəfdən göstərərək yekunda işlə təmin olunsunlar. Çünki uğurlu karyera üçün AccessBank məncə ən doğru seçimdir.

Ülkər Xudadatova: AccessBank-ın Riteyl Bankirlər Məktəbi proqramına böyük həvəslə müraciət etdim. Çünki bu proqramın iş həyatına qatılmaq üçün əla başlanğıc olduğu haqqında çox eşitmişdim. Təcrübə müddətində bankçılıq haqqında dolğun məlumatlar əldə etdim, real iş mühiti ilə tanış oldum. Bu müddətdə yalnız nəzəri deyil, həm də praktiki biliklər əldə etdim. Hazırda Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işləyirəm. Riteyl Bankirlər Məktəbi layihəsinin işimə qatqısı danılmazdır.

AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Bank tarixi boyu təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda AccessBank-da rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olaraq gəliblər. Burada püxtələşib, professionallaşıblar. Riteyl Bankirlər Məktəbi layihəsinin əsas məqsədi də gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.