BİZNES

05 Aprel

Azərbaycanın əmtəə idxalı artıb – CƏDVƏL

2022-ci il üzrə əmtəə idxalı ötən ilə nəzərən 29.7% artaraq 13.5 milyard dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, istehlak mallarının idxalının ümumi dəyəri isə 5.7 milyard dollar olub və bunun da 2.1 milyard dolları ərzaq məhsullarının payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə idxal 24.7% artaraq 11 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda metalların (52.8%), kərə yağının (38.6%), dənli bitkilərin (32.9%), bitki yağlarının (32.9%), mebel məhsullarının (32.1%), əczaçılıq məhsullarının (23.5%), ağac məmulatlarının (18.6%), şəkərin (16.2%), ətir və kosmetik vasitələrinin (13.6%), daş və şüşə məmulatlarının (11.9%), alkoqollu və alkoqolsuz içkilərinin (8.4%), sabun və yuyucu vasitələrinin (8.3%), minik avtomobillərinin (8.2%) və tütün məhsullarının (6.8%) idxalı artıb.

Bu dövrdə qazanlar, avadanlıq və mexaniki qurğuların (24%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (17.9%), hesablama maşınlarının (15.3%) və tərəvəz məhsullarının (1%) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.4% təşkil edərək 0.6 milyard dollar olub.

Fuad Mədətov
Fins.az