BİZNES

03 Aprel

Azərbaycanın xarici ticarət dövriyyəsi 54 milyard dolları ötüb – CƏDVƏL

2022-ci il üzrə Azərbaqycanın xarici ticarət dövriyyəsi 54.4 milyard dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, neft-qaz sektoru üzrə 35.4 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 8.0 milyard dollar həcmində kəsiri bağlanıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 27.4 milyard dollar həcmində profisit yaranıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın dünyanın 189 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 10.3%-i MDB üzvü olan ölkələrin, 89.7%-i isə digər xarici ölkələrin payına düşür.