BİZNES

01 Aprel

Azərbaycanda tikinti materiallarının istehsalı 35% artıb

Azərbaycanda bu ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1% artaraq 134,6 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində əhəng istehsalı 2,7 dəfə, tikinti gipsinin istehsalı 2,4 dəfə, sement klinkerlərinin istehsalı 32%, beton istehsalı isə 11% artıbdır.