"SOCAR Polymer" MMC-nin bu ilin yanvar-fevral aylarında ixrac gəlirləri 51,4 milyon dollar təşkil edib.
Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın mart sayına istinadən xəbər verir ki, bu, illik müqayisədə 30,7% və ya 12,1 milyon dollar çoxdur.
Məlumata görə, şirkət ötən ilin eyni dövründə 39,3 milyon dollarlıq məhsul ixrac edib.