BİZNES

31 Mart

Bakıda Azərbaycan-Qazaxıstan Biznes Forumu keçiriləcək - SİYAHI

Bakıda Azərbaycan-Qazaxıstan Biznes Forumu keçiriləcək.

Təşkilat Komitəsindən Fins.az-a verilən məlumata görə, Gəncə İş Adamları İctimai Birliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Qazaxıstanın QazTrade dövlət şirkətinin təşkilatı dəstəyi ilə 4-6 aprel tarixlərində Qazaxıstan Respublikasının 20-dən çox şirkəti ticarət-iqtisadi biznes missiya çərçivəsində Azərbaycanda işgüzar səfərdə olacaqlar.

“JW Marriott Absheron Baku Hotel”də (“Azadlıq” meydanının yanı) təşkil olunacaq tədbirdə Qazaxıstan şirkətləri arasında 10 yaxın şirkət qida və aqrar məhsullar istehsalçısı, 10-dan çox şirkət isə neft avadanlığı, elektrotexnik məhsullar, mebel, xüsusi iş geyimi, gübrə, tikinti və metal materialları , hərbi və xüsusi texnika istehsalçıları iştirak edəcəklər.

Həmçinin ticarət-iqtisadi işgüzar missiya  çərçivısində  5 aprel  saat 08:30-14:00  arası rəsmi dövlət nümayəndələrinin və yerli şirkətlərin iştirakı ilə Biznes Forum və B2B görüşlər keçiriləcəkdir.

Qeyd edək ki, sahibkarlar və şirkət rəhbərləri üçün maraqlı olan şirkətin nümayəndəsini 4 və ya 6 aprel tarixində ofislərinə dəvət edə bilərlər.

Biznes Forumda qeydiyyat mütləqdir və iştirak etmək ödənişsizdir.

 

Qeydiyyat üçün əlaqə telefonu: (+994 50) 807 26 27
Ramik Baqiyev – Əlaqələndirici şəxs (Gəncə İş Adamları Birliyi)

 

SƏNAYƏ VƏ DİGƏR SEKTORLAR - B2B görüşlər çərçivəsində görüşmək və danışıqlar aparmaq istədiyiniz Qazaxıstan şirkətini (şirkətlərini) seçin

1.ТОО EXPORT Z (Zeta) - ev və ofislər üçün mebel istehsalı, kreslolar üçün komplektlər, təsərrüfat və ev üçün əşyalar - //zeta.kz/

2.ТОО Kazcentrelectroprovod (Казцентрэлектропровод - optik kabel istehsalçısı - //kcep.kz/about/

3. АО "Кентауский трансформаторный завод" - elektrotexnik məhsulların istehsalı - //kazelectrogroup.kz/

4. ТОО "Уральский трансформаторный завод" - elektrotexnik məhsulların istehsalçısı- //alageum.com/ru/predpriyatiya/too-utz

5. ТОО Светоком Плюс - Rentqen avadanlığının istehsalı - //www.svetokom.kz/sv-about/

6. АО «Арселлор Миттал» - Metal emalı - //www.arcelormittal.kz/

7. АО «Актюбинский завод нефтяного оборудования» - Neft istismar avadanlığı - //azno.kz/about_us/

8. АО Казфосфат - Gübrə istehsalı - //www.kpp.kz/

9. ООО «УЛЬТРАСТАБ-КАЗАХСТАН» - Производство геотекстильных материалов: георешётки, геоткани и геокомпозиты - //ultrastab.kz/

10. ТОО Asia spec - xüsusi geyim istehsalı - //asiaspec.kz/

11. TOO IMAS GROUP - İT SEKTOR - Самая мощная казахстанская СИСТЕМА МОНИТОРИНГА СМИ, соц.сетей, блогов, веб-ресурсов KİV, sosial media və şəbəkələr, bloq və veb-saytların monitorinq sistemi - //imas.kz/

12. ТОО «БСФ» - Lak və boya məhsullarının istehsalı - //raduga.kz/

13. TOO АВТО ТРАК КЗ - Xüsusi yük avtomobilləri, samosvallar, avtosisterna, kommunal təsərrüfat üçün avtomobillər, yanğın söndürücü avtomobillər və digər - //auto-truck.kz/

 

QİDA VƏ AQRAR SEKTORU - B2B görüşlər çərçivəsində görüşmək və danışıqlar aparmaq istədiyiniz Qazaxıstan şirkətini (şirkətlərini) seçin.

1. Кондитерская Фабрика Сауле - Konditer məhsullarının istehsalçısı //www.saulecompany.com/

2. ТОО “АдалАс Трейд” - Konditer məhsullarının istehsalı - //www.adalas-semey.kz/ru/nasha-produkcia/

3. ТОО «Егер» - Dənli məhsulları və hazır qida dəstlərinin istehsalçısı

4. ТОО «КАЗГЕР-ҚҰС» - Toyuq yumurtası, toyuq əti və yumurta poroşoku - //www.kazgerkus.kz/

5. ТОО «Umay Agro Impex» - Qurudulmuş və emal olunmuş təbii, təzə meyvə tərəvəz məhsulları - //uai.kz/

6.ТОО «Кайып-Ата» - Dondurulmuş ət məhsulları

7. ТОО «Batu Agro» - Kənd təsərrüfat məhsullarının satışı, yem əlavəsi, günabaxan tumu - //www.batuagro.kz/

8. ТОО «KZ EXPORT» - Günəbaxan yağının istehsalı, jmış - //kzexport.com/

9. ТОО «Промбаза-7» - Günəbaxan yağının istehsalı

10. JFood Kazakhstan («Концерн «Цесна-Астык»)       Un, makaron, krupa istehsalı / Пищевая            Производство муки, макаронных изделий, крупы, злаковых продуктов - //cesna.kz/

11. АО «Казфосфат» - Gübrə istehsalı - //www.kpp.kz/

Fuad Mədətov
Fins.az