2023-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 333.8 mln. manatlıq əməliyyat aparıblar.
Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 14.7% azalma deməkdir.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 391.2 mln. manat təşkil edib.