BİZNES

31 Mart

Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən dövlət şirkətləri AÇIQLANIB

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ən çox qeyri-neft məhsulları ixrac edən dövlət şirkəti “Azərenerji” ATSC olub.

Fins.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında “Azərenerji” ATSC 227.2 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən dövlət şirkətləri siyahısında növbəti yerləri 60.2 milyon dollar ixracla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, 51.4 milyon dollar ixracla “Socar Polymer” MMC, 20.7 milyon dollar ixracla “Azəralüminium” MMC, 6.1 milyon dollar ixracla “AzerGold” QSC, 3.8 milyon dollar ixracla “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, 1.5 milyon dollar ixracla “Azərbaycan Hava Yolları” QSC, 446.2 min dollar ixracla “ASK Tütün” MMC, 356.3 min dollar ixracla “Şəki Şərab” MMC, 349.2 min dollar ixracla isə “Azəripək” MMC tutur.