Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 651,4 mln. dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Fins.az-a verdiyi məlumata əsasən, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.
2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 mln. dollar təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8% artıb.