İstehsalat sahəsi geniş olan milli brend “Prestij-Kimya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ən müasir avadanlıqlar ilə təchiz olunmaqla yanaşı, əsas fəaliyyəti insan və ətraf mühit üçün təhlükəsiz dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalıdır.
Fins.az-ın məlumatına görə, şirkətin məhsulları istehsal olunduqdan sonra keyfiyyəti texnoloqları tərəfindən yoxlanılaraq satışa çıxardılır. Məhsulları arasında yer alan yuyucu vasitələri artıq ev, kənd təssərüfatı və istehsalat sektorunda geniş yer alıb.
Şirkətin missiyası cəmiyyətə və ətraf mühitə yararlı olan ölkə iqtisadiyyatının gücləndirilməsi və parlaq gələcəyin təmin olunmasında əlindən gələni edən, əldə etdiyi nailiyyətlər ilə hədəflərini hər gün yüksəldib, məhsul çeşidlərini hər gün daha da artıran və məhsul istehsalını daha da təkmilləşdirən və bununla da müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır.
Onu da qeyd edək ki, 2022-ci ildə “Prestij-Kimya” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib. Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident - “Prestij-Kimya“ MMC qeydiyyata alınıb.
Yeni rezident “Prestij-Kimya” MMC Sənaye Parkının 2 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili və xarici bazarlara satışı nəzərdə tutulur.
Fuad Mədətov
Fins.az