Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1% artaraq 148,3 milyon manat olub.
Fins.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85%-ini təşkil edib.