Azərbaycan "Yaşıl" enerji, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər.
Fins.az xəbər verir ki, İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatasında bu ölkədə fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərimizdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. "Yaşıl" enerji, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.
İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat nümayiş olunub.