BİZNES

29 Mart

Azərbaycan 360 mln. dollarlıq yeyinti məhsulları idxal edib

Azərbaycana bu ilin yanvar-fevral aylarında 360,3 milyon dollarlıq yeyinti məhsulları idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 22,6 milyon dollar artıb.

Məlumata görə, 2022-ci ilin ilk 2 ayında 337,7 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilib.