BİZNES

29 Mart

Müştərilərinin sevgisini qazanan “Vəlioğlu 2018”

Hazırda Azərbaycan Respublikası ərazisində yerləşən ticarət məntəqələrinə qida və qeyri-qida məhsullarının satış xidmətini həyata keçirən milli brend “Vəlioğlu 2018” MMC yarandığı gündən ölkə iqtisadiyyatına öz möhtəşəm töhfəsini verən və müştəri məmnuniyyəti üçün xidmət göstərən şirkətlərdən biridir.

Fins.az xəbər verir ki, 2018-ci ildə təsis edilən “Vəlioğlu 2018” MMC geniş və müasir texnoloji vasitələrlə təchiz olunmuş anbar, dağıtım maşınları və onlayn ödənişsiz və limitsiz çatdırılma ilə hər zaman yüksək xidmət və keyfiyyət prinsipini qoruyub saxlamağı və innovativ yanaşma tərzi ilə yenilikləri əlçatan etməyi bacarır. Günü-gündən böyüyən peşəkar, pozitiv və kreativ komanda ilə xidmət göstərən “Vəlioğlu 2018” MMC müştərilərinə hər zaman dəyər verir və onların məmnuniyyəti üçün dayanmadan çalışır.

Şirkətin hədəfi distribüteri olduqları brendlərin ölkə ərasizində olan bütün ticarət nöqtələrinə satışını həyata keçirmək, həmçinin onlayn satış xidmətini ölkədə daha da inkişaf etdirərək, müştərilərinin işini asanlaşdırmaq və onların sevgisini qazanmaqdır.

Məhsullarını ölkə ərazisinin bütün satış nöqtələrində müştərilərinə təqdim etmək, onları yüksək keyfiyyət, sərfəli qiymət və bol çeşidlə təmin etmək, ödənişsiz və limitsiz onlayn çatdırılma xidmətləriylə onların məmnuniyyətini qazanmaq hədəfinə çatmaq üçün olan missiyalarıdır.

Fuad Mədətov
Fins.az