Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-fevral aylarında 18 mln. ton yük, 236,6 mln. sərnişin daşınıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 2,9% və 21,4% artıbdır.
Sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 23,1% artıbdır.