BİZNES

28 Mart

Azərbaycan gübrə idxalına 10,4 mln. dollar xərcləyib

Azərbaycana bu ilin yanvar-fevral aylarında 10,4 mln. dollar dəyərində 14,2 min ton gübrə idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə və ya 5,4 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,39%-ni təşkil edib.