BİZNES

28 Mart

Təcrübə, Şəffaflıq, Hörmət və Keyfiyyət -  “AvtomatikaAz”

Təcrübə, Şəffaflıq, Hörmət və Keyfiyyət – Bu 4 amili özündə birləşdirən 20 illik təcrübəyə malik “AvtomatikaAz” MMC Azərbaycan Respublikasının daim inkişaf edən sənaye və sənaye avtomatikası sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir.

Fins.az-ın məlumatına görə, milli brend olan “AvtomatikaAz” MMC-nin əsas fəaliyyət sahələri istehsal proseslərinin avtomatlaşdırılması, istehsal avadanlıqlarının istehsalı, həmçinin sənaye avadanlıqlarının ehtiyyat hissələrinin satışıdır.

Sənayenin müxtəlif istehsal sahələrində inşaat, kimya, tekstil, qida sektorlarında fəaliyyət göstərən şirkətimiz PLC, SCADA, həmçinin bütün avtomatika həllərini təqdim edir. 
Ölkə xaricində olan müxtəlif marka və məhsul istehsalçıları ilə sağlam əməkdaşlıq əlaqələri quran şirkətimiz, bir neçə xarici brendin yerli təmsilçisidir!

Xidmətlər

İstehsal Proseslərinin avtomatlaşdırılması (PLC, SCADA, HMI)

İdarəetmə qurğuları (nəqliyyat, dəmir yolu) proseslərinin avtomatlaşdırılması

İnşaat məhsulları (beton, sement, gips) istehsal proseslərinin avtomatlaşdırılması

Qida, kimya, tekstil sənaye məhsullarının istehsal proseslərinin avtomatlaşdırılması

Müxtəlif tərkibli məhsulların (maye, toz, bərk) qablaşdırılması proseslərinin avtomatlaşdırılması

Müxtəlif mexaniki formalı, müxtəlif ölçmə qabiliyyətli tərəzi avadanlıqlarının avtomatlaşdırılması

Partnyorlar

Biz problemlərə necə yanaşırıq?
Biz xidmət etdiyimiz sahibkarların və şirkətlərin problemlərinə həll təklif edərkən, gələcək zamanda baş verə biləcək istəklər və digər problemlərin də həllini əhatə etməyə çalışırıq ki, buda Bizi rəqiblərimizdən fərqləndirir.

Biz bunu necə edirik?
Bizim 20 illik təcrübəmiz, baş verən hadisəyə çevik, sürətli reaksiya verə bilməyimiz, Müştərilər üçün bu gün baş verən bir çox problemlərin Bizdə hazır həllərinin olması, irəliyə (gələcəyə) fokuslu vizyonumuz, səriştə və bacarığımız, həmçinin Müştərimizə verdiyimiz dəyər sayəsində Biz bu həlləri təklif edə bilirik.

Biznes tərəfdaş Kimdir?
Qarşılaşdığımız problemlərin həllini işinə Bizim kimi yanaşan Şirkətlərdə axtarırıq və Onları seçirik. Rast gələnə qədər axtarırıq. Dürüst, Peşəkar, gələcəyə fokuslu vizyonu olan, Keyfiyyətli Xidmət göstərə bilən hər bir Şirkət Bizimlə tərəfdaş ola bilər.

Müştərilər

Təcrübə - İllərin təcrübəsinə dayanaraq Müştərilərimiz üçün ən uyğun həllləri təklif edirik. 

Şəffaflıq - Təqdim etdiyimiz həllərin bütün detallarını Müştərilərimiz ilə paylaşırıq. 

Hörmət - Şirkətimizə, İşimizə, Müştərimizə Dürüst davranırıq.

Keyfiyyət - Müştərimizin uğuru, Şirkətimizin uğurudur.

Karyera

Bizim ailəyə qoşul

Biz Şirkətimizin uğurunu dəyərlərə sadiq yetişdirə bildiyimiz əməkdaşlarımızın əməyi və zəhmətilə əldə edirik. Komandamıza hər yeni qoşulan potensiallı əməkdaşın şirkətimizin gücünə güc qatacağına inanırıq. Bu səbəbdəndir ki, komandamıza qatılmaq istəyən hər bir namizədə xüsusi diqqətlə yanaşırıq.

Şirkətimizin məqsədi daim müasir texnologiyani izləmək və onun tətbiqini təmin etməkdir. Bu yolda hədəflərimizə çatmaq üçün məsuliyyətli və dürüst namizədləri komandamıza cəlb etmək, şirkətimizin mühitinə uyğunlaşdırmaq və gələcək uğurlarımızda onların da rolunun olmasını təmin etmək Bizim başlıca hədəfimizdir.

Fuad Mədətov
Fins.Az