Azərbaycan bu ilin yanvar-fevral aylarında 1 milyon dollar dəyərində 125 ton çay ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon dollar, həcm baxımından isə 13,4% çoxdur.
Əlavə edək ki, çay ixracı qeyri-neft sektoru üzrə ixracın 0,17%-ni təşkil edib.