Azərbaycana bu ilin yanvar-fevral aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 148,3 milyon dollar təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 24% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 5,59%-ni təşkil edib.
Əlavə edək ki, 2022-ci ilin ilk 2 ayında Azərbaycan 119,5 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.