BİZNES

27 Mart

Biznesdə romantikaya yer yoxdur - FOTO

“Biznesdə ən yaxşı təcrübə pul ilə olan təcrübədir, bunun əvəzinə sizin vaxtınız gedirsə, bu resurs bərpa ola bilmir.”

Bunu Fins.az-a “Sahibkar olduqdan sonra nələr etmək olmaz?” sualına cavab olaraq, “HR Hunter” şirkətinin təsisçisi və direktoru İlkin Mirzəzadə deyib. O, qeyd edib ki, sahibkar olanların və olmayan şəxslərin belə düşündüyü aktual suallardan biri məhz budur:

“Sualın cavabı, məhz gələcək üçün düzgün biznesin qoyulmasının təməlidir. Bu sualın çox sadə cavabları var:

1. Biznesdə bütün məsuliyyət sizin üzərinizdədir. Nə əməkdaşlar, nə konsultant, nə də digər şəxslər son nöqtəni qoya bilməz. Bəli, siz məsləhətləşə və digər prosesləri birgə incələyə bilərsiniz, lakin son nöqtə sizin üzərinizdədir. Problem varsa, onu həll edin. Ertələməyin!

2. Hər bir prosesi deleqasiya (bölüşdürmək) etməyin. Sahibkarın və biznesmenin əsas funksiyalarından biri məhz, şirkətin ana kilid nüanslarını öz üzərində saxlamasıdır. Strategiya ilə bağlı qərarlar, pul ilə bağlı qərarların son nöqtəsi sahibkarda olmalıdır.

Əgər düşünsəz ki, heç nə etməyim, biznes öz-özünə pul qazansın və özü işləsin, bu nüans övladını baxıcı böyütmüş bir valideyn vəziyyətinə bənzəyəcək. Yeni şirkətlər yaranır, iqtisadiyyat genişlənir, biznes rəqabətləşir və beləliklə, biznesin qara səhifəsinə köç etməli vəziyyəti ilə qarşı-qarşıya gəlməli olarsınız.”

İ.Mirzəzadə onu da əlavə edib ki, biznesdə romantikaya yer yoxdur:

“Biznes, biznesdir və burada rasional qərarlar almaq lazımdır. Əgər sizə ziyan verəcək bir nünas(lar) varsa, ondan dərhal qurtulmağa çalışın.”

Fuad Mədətov
Fins.az