BİZNES

27 Mart

Ali keyfiyyətin sərhədi yoxdur – “Azprint”

On səkkiz illik geniş bir dövrü əhatə edən “Azprint” şirkətinin fəaliyyətini tam şəkildə bir kitabçaya sığışdırmaq mümkün deyil.

Fins.az-ın məlumatına görə, milli brend olan “Azprint” şirkəti yarandığı ilk gündən qarşıya qoyduğu əsas məqsəd görülən bütün işlərin peşəkarlıq va vicdanla icra edilməsidir.

Şirkət hesab edir ki, ali keyfiyyətin sərhədi yoxdur va buna görə də xidmət keyfiyyətinin yaxşılaşması, peşəkarlıq səviyyəsinin daha da artırılması üçün daim öz aralarında çalışır-həm işçi heyyəti, həm də avadanlıqların ən yüksək standart və tələblərə cavab verməsinə can atılır.

Müştəri məmnuniyyətini əsas gütürən şirkət mətbəə, iç və çöl reklamı, promo və tekstil üzrə istənilən sifarişləri münasib qiymətə və keyfiyyətli şəkildə yerinə yetirməklə yanaşı, həm də brendinq, qablaşdırma dizaynı, interyer və eksteryer üzrə mürəkkəb memarlıq dizaynı sahələrində də yüksək peşəkarlığa malik mütəxəssislər komandası tərəfindən həyata keçirilən xidmətlərini təklif edir.

Fuad Mədətov
Fins.Az