BİZNES

27 Mart

Texniki audit nədir?

“Müəssisənin texniki auditi müəssisənin texniki təchizatının qiymətləndirilməsinə yönəlmiş xüsusi müstəqil auditdir. Bu, gələcəkdə ola biləcək Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və sair dövlət auditinə hazırlığın məcburi mərhələsidir, çünki iş prosesində ekspert bütün mümkün pozuntuları müəyyən edir.”

Bu barədə Fins.az-a sənayenin müxtəlif istiqamətlərində texniki auditin aparılmasını həyata keçirdən “Fleetstock” şirkətindən məlumat verilib.

Qeyd olunub ki, texniki audit eyni zamanda səmərəliliyin artırılması üçün ehtiyatların müəyyən edilməsi, təmir dövrləri, təkmilləşdirmələr, enerji xərcləri və enerjiyə qənaət sistemlərinin tətbiqi üçün gələcək xərclərin qiymətləndirilməsi, sürpriz xərclərin idarə edilməsinin nəzarətdə saxlanılmasıdır.

Texniki audit nədir? Necə keçirilir?

Texniki auditin məqsədi müəssisənin texnoloji potensialının, avadanlıqların vəziyyətinin, istehsal prosesinin uyğunluğunun yoxlanması və xərclərin qiymətləndirilməsidir.

Texniki audit özündə aşağıdakıları birləşdirir:

• ilkin normanı müəyyən etmək;
• mövcud faktiki vəziyyəti hesablamaq;
• qiymətləndirmə prosesində müəssisənin güclü və zəif tərəflərini aşkarlamaq;
• norma ilə faktiki vəziyyət arasındakı fərqi araşdıraraq problemləri qeydə almaq;
• qeydə alınmış problemlərin həll yollarını təklif etmək;
• həll yollarının həyata keçirilməsindən sonra əldə ediləcək mənfəəti hesablayaraq əsaslandırmaq;
• potensial təhlükələri təhlil etmək;
• kritik riskli nöqtələri (CCP) təyin etmək;
• auditin nəticəsi olaraq texnoloji inkişaf və təkmilləşdirmə planını təyin etmək;
• yeni zəruri texnologiya və avadanlıqların əldə edilməsi üzrə konkret təkliflər vermək.

Daha ətraflı www.fleetstock.az saytına daxil olaraq məlumat əldə edə bilərsiniz.

Əlaqə: (+994 12) 567 45 09
(+994 12) 347 93 06
(+994 12) 346 22 92
(+994 70) 321 56 66

(+994 70) 272 56 66
(+994 70) 715 56 66

Email: [email protected]
Ünvan: Ziya Bünyadov 67A, AZ1052, Bakı, Azərbaycan