“Networking Azerbaijan” biznes klubu 15 mart tarixində növbəti möhtəşəm tədbirini keçirib.
Ənənələrinə sadiq qalaraq “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu.
Bu dəfəki tədbir Shah Palace Hotel baş tutdu. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb netvörkinqin faydalarını qonaqlarla bölüşüb və çıxış üçün qonaqlar qarşısına Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli və fövqəladə səfiri zati-aliləri cənab Məhəmməd Əl Bluşi dəvət olunub. Cənab səfir BƏƏ və Azərbaycan arasında işgüzar əlaqələrindən və inkişafından qonaqları ətraflı məlumatlandırıb və ölkələrimiz və xalqlarımız arasında oxşar mental və mədəni cəhətlərindən danışıb. Cənab səfir iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və Networking Azerbaijan biznes klubu tərəfindən təşkil olunan 28 aprel-2 may tarixində baş tutacaq Dubay turunda iştirak edəcək sahibkarlara uğurlar arzulayıb.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.