BİZNES

18 Mart

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri azalıb

Azərbaycandan bu ilin yanvar-fevral aylarında 79,8 milyon ABŞ dolları məbləğində 68 min ton meyvə-tərəvəz ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,5% və ya 12,5 milyon dollar azdır.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 1,77%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 92,3 milyon ABŞ dolları dəyərində 74,7 min ton meyvə-tərəvəz ixrac edib