BİZNES

17 Mart

2022-ci ildə Azərbaycanda Hindistan əczaçılıq məhsullarının sayı 6% yüksəlib - Anar Lətifov - FOTO

“İstənilən yeni tanışlıqlar gözəl nəticələnə bilir. Maddi cəhətdən olmasa da, mənəvi cəhətdən münasibətlərin formalaşmasına səbəb olur. Ümumi olaraq, statistik göstəricilərəı əsasəsən insanlar üzbəüz görüşəndə daha effektiv olur və daha tez nəticə əldə edirlər.”

Bunu Fins.az-a açıqlamasında dünən Bakıda keçirilən Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbirində iştirak edən "Makromed" şirkətin direktoru Anar Lətifov söyləyib.

“Tədbirdə “Makromed” şirkəti olaraq bazarda konsaltinq xidməti göstərdiyimizə görə, bazar haqqında kifayət qədər məlumatlıyıq: Bazarın sitatistikası, qanunverciliyi haqqında informasiyalar və s. Statistik məlumatlara nəzər salsaq, əczaçılıq sektorunda 2013-2016-cı illər ərzində eniş baş verib. Tarif Şurasının qiymətlərlə bağlı qərarından sonra Azərbaycanda idxal olunan məhsulların bir çoxunda qiymət endirimi oldu ki, bu da 520 milyon dollara yaxın dərman vasitələrinəşamil olunur. Hindistan məhsullarının qiyməti digərlərinə baxanda çox aşağıdır.” - A.Lətifov deyib.

O, 2020-2022-ci ilə qədər əczaçılıq sektorunda qiymətlər arasında yüksəliş olduğunu vurğulayıb.

“2019-cu ildə Hindistan əczaçılıq məhsulları 3,91% Azərbaycanda qeydiyyatda olan məhsullardır. 2020-ci ildə isə bu məhsullar 4,4%-ə qalxıb və bu isə o deməkdir ki, qeydiyyatda olan məhsulların sayı artıb. 2022-ci ildə bu rəqəm 6%-ə yüksəlib.

Azərbaycan bazarına daxil olduqda Tarif Şurası tərəfindən verilmiş qiymətlər nəzərə alınmasa, bəzi şirkətlər uduza bilər. Qanunvericiliyə görə, dərman preparatlarına yalnız qeydiyyat vəsiqəsi olduqdan sonra müraciət etmək olur. Analiz etmək, sorğu verməklə Tarif Şurasının qiymətini bilmək olur.”

Məlumat üçün bildirək ki, tədbir iki hissədən ibarətdir. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçiriləcək.

Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.

Fuad Mədətov
Fins.az