Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.
"Operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 5,8% artaraq 5 176,9 milyon kVt/st olub. İxrac 840 milyon kVt/st, idxal isə 21 milyon kVt/st təşkil edib", - deyə o qeyd edib.