BİZNES

17 Mart

Hindistan şirkətləri Azərbaycanda istehsalçının inkişafına yardım göstərməkdə maraqlıdırlar - Lakşmi Prasanna - FOTO

Dünən Bakıda Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (“Pharmexcil”) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbiri keçirilib.

“Pharmexcil”in təşkilatçılığı ilə keçirilən tədbirdə adlçəkilən qurumun tənzimləmə işləri üzrə direktoru Lakşmi Prasanna istehsalçılardan hər hansısa biri Azərbaycanda dərman istehsalı üçün fabrik açmaqda maraqlı olub-olmamasıyla bağlı danışıb. L.Prasanna Fins.az-a açıqlamasında məsələ bağlı bağlı fikrini qısa ifa edib:

“Tədbirin əsas məqsədi əsasən ixracat sahəsində imkanları nəzərdən keçirməkdir. Burada olan şirkətlərin individual olaraq marağında var ki, yerli Azərbaycan şirkətləriylə birgə istehsalçının inkişafına yardım göstərsin.”

Məlumat üçün bildirək ki, tədbir iki hissədən ibarətdir. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçiriləcək.

Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.

Fuad Mədətov
Fins.az