BİZNES

17 Mart

Hindistan Azərbaycanın ümumi dərman idxalında təxminən 4% paya malikdir - Vinay Kumar

“Hindistan Azərbaycanın ümumi dərman idxalında təxminən 4% paya malikdir. Düşünürəm ki, bu rəqəmi artırmaq potensialına malikdir.”

Bunu Fins.az-a özəl olaraq açıqlamasında dünən Bakıda keçirilən Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbirində Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar söyləyib.

“Bugünkü tədbirdə 44-dən çox şirkətin 60-a yaxın nümayəndəsi iştirak edir. Tədbirdə təqdimatlar, gözəl çıxışlar oldu. Nümayəndələr olaraq kifayət qədər razı qaldıq. Hazırda yerli Azərbaycan şirkətləriylə ikitərəfli görüşlər keçirilir.” – V.Kumar bildirib.

Məlumat üçün bildirək ki, tədbir iki hissədən ibarət olub. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçirilib.

Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.

Fuad Mədətov
Fins.az