"Zara" və "Bershka" brendlərinin sahibi olan İspaniyanın "Inditex" geyim şəbəkəsinin 2022-ci maliyyə ilində xalis mənfəəti 27% artaraq 4,13 milyard avro təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.
Hesabat dövründə şirkətin satışları 17,5% artaraq 32,569 milyard avroya çatıb.
Əlavə edək ki, şəbəkənin 100 ölkədə 7 minə yaxın mağazası var. Ən məşhur "Inditex" brendləri "Zara", "PullBear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho"dur.