Azərbaycan ötən ay mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.
Bu barədə Fins.az "Speedtest Global Index"ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S) tutub.
Azərbaycan ötən ay sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Hesabat dövründə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.