Hazırda Bakıda Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbiri keçirilir.
Fins.az-ın məlumatına görə, tədbirdə "Pharmexcil" tənzimləmə işləri üzrə direktoru Lakşmi Prasanna, Hindistanın müvəqqəti işlər üzrə vəkili Vinay Kumar, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müşaviri Tural Hacılı, "Makromed" şirkətin direktoru Anar Lətifov iştirak edirlər.
Məlumat üçün bildirək ki, tədbir iki hissədən ibarətdir. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçiriləcək.
Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.
Fuad Mədətov
Fins.az