Martın 16-da Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbiri təşkil edəcək.
Bu barədə Fins.az-a Hindistan Səfirliyindən məlumat verilib.
Tədbir iki hissədən ibarət olacaq. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçiriləcək.
Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.
Fuad Mədətov
Fins.az