Azərbaycan bu ilin yanvar ayında 17,7 milyon dollar dəyərində pambıq ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni ayı ilə müqayisədə 34% və ya 9,1 milyon dollar azalıb.
Məlumata görə, hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,94%-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 26,8 milyon dollar təşkil edib.