BİZNES

14 Mart

Azərbaycanın Almaniyaya qeyri-neft ixracı azalıb

Azərbaycan bu ilin yanvar ayında Almaniyaya 3,3 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Almaniyaya ixracı 3,4 milyon dollar dəyərində olub.