“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb.
“AzerGold” -dan Fins.az-a verilən məlumata görə , 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya (65.9%) çox olub. 2017 – 2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.
2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.