BİZNES

13 Mart

Azərbaycanın qəhvə idxalına çəkdiyi xərc 48% artıb

Azərbaycan bu ilin yanvar ayında 6,8 milyon dollar dəyərində qəhvə idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin qəhvə idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon dollar və ya 48,2% artıb.

Əlavə edək ki, bu dövrdə qəhvə idxalı Azərbaycanın ümumi idxalının 0,48%-ni təşkil edib.