BİZNES

10 Mart

“Yaşıl iqtisadiyyat”a keçid töhfə verəcək – Nazir müavini

“Dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın DİM-lərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək”

Fins.az-ın məlumatına görə, bunu dünən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nın İnkişaf Proqramının birgə təşəbbüsü ilə “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosisteminin tədqiqatına dair keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söyləyib.

S.Məmmədov sözlərinə görə, qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindəndir.

Nazir müavini onu da qeyd edib ki, ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiya və tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya olunur.

Fuad Mədətov
Fins.az