İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.
Dövlət xidmətindən Fins.az-a verilən məlumata görə, hüquqi yardım aksiyası 13-14 mart tarixlərində Respublikamızın 4 şəhərində - Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində aşağıda qeyd olunan ünvanlarda həyata keçiriləcək:
1.Bakı şəhəri üzrə: Saat: 10:00-13:00
Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı.
2.Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00
Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).
3.Şəki şəhəri üzrə: Saat: 10:00-13:00
Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)
4.Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)