BİZNES

09 Mart

Kriptovalyuta bazarının kapitallaşması 1 trln. dollardan aşağı enib

Dünyanın ən dəyərli kriptovalyutası bitkoinin qiyməti son 24 saat ərzində 1,65% ucuzlaşaraq 21,649 min ABŞ dollarına enib.

Fins.az xəbər verir ki, nəticədə bitkoinin kapitallaşması 419,4 milyard ABŞ dolları təşkil edib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 1,53% azalaraq 1,531 min ABŞ dolları olub.

Əlavə edək ki, bununla da kriptovalyuta bazarının toplam dəyəri 996,9 milyard ABŞ dollarına enib.