BİZNES

07 Mart

Azərbaycanın qara metal ixracı 48% azalıb

Azərbaycandan bu ilin yanvar ayında 4,4 milyon dollarlıq qara metal ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qara metalların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,8% və ya 4 milyon dollar azdır.

Əlavə edək ki, ötən ilin eyni ayında Azərbaycan 8,5 milyon dollarlıq qara metal ixrac edib.