Azərbaycandan bu ilin yanvar ayında 3,3 milyon dollar dəyərində 2,6 min ton nar ixrac edilib.
Fins.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə nar ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə həcm baxımından 4,8 dəfə, dəyər baxımından isə 3,6 dəfə və ya 2,4 milyon dollar çoxdur.