BİZNES

03 Mart

Gürcüstan Azərbaycandan qeyri-neft idxalını 70% artırıb

Azərbaycan bu ilin yanvar ayında Gürcüstana 24,5 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 70,1% çoxdur.

Bununla Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalında üçüncü yerdə olub.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Gürcüstana ixracı 14,4 milyon dollar dəyərində olub.