BİZNES

03 Mart

Azərbaycan fındıq ixracından nə qədər qazanıb?

Azərbaycandan bu ilin yanvar ayında 12 milyon dollar dəyərində 2,4 min ton fındıq ixrac edilib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,1 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 4.24% təşkil edib.