BİZNES

03 Mart

“Biz Qarabağın quruculuğu üzrə yeni işlərin görülməsi üçün hazırıq” - Bakıt Torobayev

“Biz Qarabağın quruculuğu üzrə yeni işlərin görülməsi üçün hazırıq.”

Bunu Fins.Az-a açıqlamasında Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev deyib.

Azərbaycana Prezident İlham Əliyevin dəvəti ilə gəldiyini söyləyən B.Torobayev, Azərbaycanda təşkil olunan həm beynəlxalq, həm də iki ölkə arasındakı layihələrdə iştirak etmək üçün dəvət olunmasından məmnun olduğunu vurğulayıb.

“Azərbaycana bir çox ölkələrdən nümayəndələr gəlib. Əsas fikrimiz Qarabağın iqtisadiyyatının inkişafına fokslanmaqdır. Azərbaycan-Qırğızıstan arasında iki tərəfli razılaşmalar var. Həmçinin iki dəfə yüksək səviyyədə diplomatik görüşlər keçirilib.”

Fuad Mədətov
Fins.Az