BİZNES

02 Mart

Azərbaycanın plastmassa ixracından qazancı azalıb

Azərbaycan bu ilin yanvar ayında 36,9 milyon dollar dəyərində 45,4 min ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə həcm baxımından 6,1%, dəyər baxımından isə 4,2 milyon dollar azdır.