BİZNES

02 Mart

Nazir İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşüb - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

RİNN-dən Fins.Az-a verilən məlumata görə, görüşdə aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritet layihələr barədə müzakirələr aparılıb.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, mövcud infrastruktur, telekommunikasiya və İKT sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.