BİZNES

02 Mart

Naxçıvanda vergi daxilolmaları 57% artıb

Naxçıvan MR Dövlət Vergi Xidmətinin xətti ilə bu ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub.

Fins.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9%, proqnozdan isə 16,7% çoxdur.

Məlumata görə, təkcə bu ilin fevral ayında isə vergi daxilolmaları 1 il əvvələ nisbətən 57% və ya 4,5 milyon manat artıb.