BİZNES

02 Mart

Qazaxıstan Azərbaycana maliyyə xidmətlərinin inkişafında dəstək verə bilər

Qazaxıstanın Azərbaycana maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstək göstərməsi müzakirə edilib.

Fins.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Twitter"də bildirib.

"Bu gün Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində qonaq olduq. Görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələr, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdıq, Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstəyin göstərilməsinə, həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr apardıq", - deyə o qeyd edib.